Xəbər lenti

Ölkə 21:37 04.08.2015

İcra başçısı oğlunun saxlanması xəbərindən danışdı

Bu gün bir sıra kütləvi informasiya vasitəsində Zərdabın icra başçısı Lütfəli Babayevin oğlunun Mingəçevirdə dövlət yol polis əməkdaşları tərəfindən saxlanıldığı haqda xəbərlər yayılıb.

Həmin məlumatlara görə, icra başçısı 15 sutka inzibati cəza verilən övladını azad etmək üçün külli miqdarda pul ödəyib.

Lütfəli Babayev məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib.

İcra başçısı bütün bu xəbərləri cəfəngiyat adlandırıb: “Yayılan məlumatların heç bir əsası yoxdur. Bu xəbərlər heç bir həqiqətə söykənməyib. Sadəcə ənənəvi xəbərlərin davamıdır...”

Xəbərdə Lütfəli Babayevin qardaşı oğlu Yadigar Babayevin də bir müddət əvvəl eyni səbəblə saxlanıldığı qeyd olunub.

İcra başçısı bu iddialara isə belə cavab verib: “Qardaşım oğlu hərbi xidmətdən qayıdandan sonra Rusiyada yaşayır və işləyir. O, uzun müddətdir qohumların yanına köçüb. Azərbaycanda maşın idarə etməyib”.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?