Ölkə 11:56 30.05.2018

İcra başçısının oğluna yeni vəzifə verildi: rəis təyin edildi

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinə yeni rəis təyin edib.

Qaynarinfo xəbər verir ki, unikal.org-a daxil olan məlumata görə, S.Mehdiyev Enerji Gömrük İdarəsinin rəisi Vidadi İbrahimovu tutduğu vəzifədən azad edərək, onu Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edib.

Xatırladaq ki, Vidadi İbrahimov Ağdaş rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimovun oğludur.