Foto 20:14 05.08.2020

İcra hakimiyyəti şəhid mayorun ailəsinə ev tikdirir (FOTO)

Tovuzdakı döyüşlər zamanı şəhid olan mayor Namiq Hajan oğlu Əhmədovun ailəsi üçün Qazax rayon icra hakimiyyəti yeni ev tikdirir.

Qaynarinfo  xəbər verir ki, bu barədə tanınmış jurnalist Elçin Alıoğlu sosial şəbəkədə yazıb.

Jurnalist bildirib ki, tikinti başa çatmaq üzrədir: "Gözəl əməldir, Namiqin ailəsi adından minnətdaram".