İctimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşmə qadağası necə tənzimlənəcək?

İctimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşmə qadağası necə tənzimlənəcək?

Sərtləşdirilmiş xüsusi karantin rejimində küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməyə qoyulan qadağa ilə bağlı istisna məlum olub.

Qaynarinfo-nun məlumatına görə, bu, Nazirlər Kabinetinin "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR