Dünya 10:28 31.01.2018

İdlibə hava hücumu: 15 ölü, 20 yaralı

Suriyanın İdlib şəhərinə edilən hava hücumu nəticəsində 15 nəfər ölüb, 20 nəfər yaralanıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, hücum, Bəşər Əsəd rejimi tərəfindən Alhall bazar ərazisinə edilib. 

Təhlükəsizlik qüvvələri əraziyə cəlb edilib. Yaralılar dərhal xəstəxanaya aparılıb.

Gülşən