Xəbər lenti

İki ayda səkkiz nəfər qarpızdan zəhərləndi (RƏSMİ)
phrase_var_qaynar. 17:32 12.06.2025

İki ayda səkkiz nəfər qarpızdan zəhərləndi (RƏSMİ)

Qarpız mövsümünün hələ başlamamasına baxmayaraq, bazarlarda satışı artmaqda davam edir.

Ancaq vaxtından əvvəl yetişdirilən və düzgün şəraitdə saxlanılmayan qarpızlar sağlamlıq üçün ciddi risklər yaradır.

Mətbuatda da qarpızda zəhərlənən şəxslərin olduğu barədə xəbərlər yayılıb.

Qaynarinfo xəbər verir ki, Modern.az məsələ ilə əlaqədar Kliniki Tibbi Mərkəzin mətbuat xidməti ilə əlaqə saxlayıb.

Qurumdan verilən məlumata görə, bu il may-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qarpızdan zəhərlənmə diaqnozu ilə 8 nəfər müraciət edib.

"Hər birinə ilkin tibbi yardım göstərilib, ölüm halı qeydə alınmayıb", - Mərkəzdən verilən məlumatda belə deyilir.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->