Xəbər lenti

İki Kapitoli hücumçusu əfvi rədd edir
Dünya 18:46 26.01.2025

İki Kapitoli hücumçusu əfvi rədd edir

6 yanvar 2021-ci ildə Kapitoliyə hücumda iştirak edən Ceyson Riddl Donald Trampın elan etdiyi əfvdən imtina edib. 

Qaynarinfo xəbər verir ki, u barədə "The Guardian" yazıb.

"Tramp sanki heç nə baş vermədiyini söyləməyə çalışır. Amma oldu. Bütün bunları mən etdim və onlar bağışlanmazdır, deyə Riddl qərarını izah edib.

Hərbi Dəniz Qüvvələri veteranı Ceyson Riddl 2021-ci ildə iğtişaşda iştirak etdiyinə və senatorun ofisini zibillədiyinə, bir şüşə şərab içdiyinə və kitab oğurlayaraq ziyan vurduğuna görə 90 gün həbs və 750 dollar cərimə cəzasına məhkum edilib. O, artıq cəzasını çəkib.

"The Guardian"a görə, Riddl prezidentin əfvindən imtina edən ən azı ikinci iğtişaşçıdır. 2022-ci ildə nümayiş və piketdə qeyri-qanuni iştirak etdiyinə görə 60 sutka həbs və 3 il sınaq müddətinə məhkum edilmiş 71 yaşlı Pamela Hemphill qəzetə bildirib ki, hərəkətlərinə görə bütün məsuliyyəti öz üzərinə götürür və təbliğatda iştirak etmək istəmir: "Hücum sadəcə dinc etiraz idi. Mən təbliğata alət olmaq istəmirəm".

Kapitoli hücumunda iştirak edənlərin əfv edilməsi Donald Trampın seçki kampaniyası zamanı verdiyi ən mühüm vədlərdən biri idi. O, ABŞ prezidenti kimi ilk günündə bu işdə mühakimə olunan 1500 nəfər üçün əfv fərmanı imzalayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->