Dünya 22:48 23.03.2019

İki kəndə hücum: 110 çoban öldürüldü

Malində 110 çoban silahlı şəxslər tərəfindən qətlə yetirilib.

Qaynarinfo xəbər verir ki, hadisə ölkənin mərkəzindəki Bankas şəhəri yaxınlığında baş verib.

Silahlı şəxslər fulani xalqının nümayəndəsi olan çobanları güllələyib. Bankas şəhərinin meri bildirib ki, donzo ovçularının geyimində olan naməlum şəxslər cümə günündən şənbəyə keçən gecə Oqassaqu və Velinqara yaşayış məntəqələrinə hücum ediblər. Onlar Oqossaqu kəndi tamamilə dağıdıb. Ölənlərin cəsədləri hələ də tapılmaqdadır.