Dünya 12:57 01.02.2018

Baş nazirlə nazir arasında söz davası

Almaniyanın xarici işlər naziri Siqmar Qabriel və İsrailin baş naziri Benyamin Netanyahu arasında gərginlik yaşanıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Siqmar Qabriel İsraildən əlavə Fələstinə də səfər edərək Fələstin Muxtar İdarəsinin prezidenti Mahmud Abbasla görüşüb. 

Qabriel iştirak etdiyi təhlükəsizlik konfransında İsraillə Fələstin arasındakı problemin həllinin vacibliyini vurğulayıb və iki dövlətli həll yoluna görə Netanyahuya təşəkkür edib. Lakin Netanyahu bu fikrə düzəliş edərək "Hərbi nəzarətimiz olacağı təqdirdə Fələstinin dövlət kimi tanınıb-tanınmaması başqa məsələdir" deyib və alman nazir məsələnin başqa vaxt yenidən gündəmə gətiriləcəyini vurğulayıb.
 
Siqmar Qabriel həmçinin Yerusəlimi İsrailin paytaxtı kimi tanıyan ABŞ-ı tənqid edib və prosesdə tərəf saxlamağın yanlış addım olduğunu bildirib: "Amerikalılar belə açıq mövqe ilə uğurlu siyasət yürüdə bilərlərmi?!" 

Qeyd edək ki, xarici işlər naziri Almaniyadakı yeni nəslin Fələstinlilərin üzləşdiyi problemlər barədə daha məlumatlı olduğunu və daha düşüncəli davrandığını, haqsızlıqları qəbul etməkdə çətinlik çəkdiklərini çıxışına əlavə edib.

Gülşən