Xəbər lenti

İki şəhər 2025-ci ildə Avropa mədəniyyət paytaxtları olacaq: Onlar nə ilə tanınır?
Dünya 20:59 29.12.2024

İki şəhər 2025-ci ildə Avropa mədəniyyət paytaxtları olacaq: Onlar nə ilə tanınır?

Avropa Komissiyası 1985-ci ildən bəri hər il müxtəlif Avropa ölkələrinin bir və ya bir neçə şəhərini mədəniyyət paytaxtı elan edir. Bu təşəbbüs mədəni inkişafı təşviq etmək, turist axınını artırmaq və şəhərlərin infrastrukturuna əlavə maliyyə dəstəyi təmin etmək məqsədi daşıyır.

Qaynarinfo xəbər berir ki, 2025-ci il üçün bu titul Sloveniyanın Nove-Qoritsa və Almaniyanın Kemnitz şəhərlərinə veriləcək. Onlar bu adı 2024-cü ildə Tartu (Estoniya), Bad-İşl (Avstriya) və Budö (Norveç) şəhərlərindən təhvil alacaqlar.

Nove-Qoritsa

Sloveniyanın qərbində, İtaliya ilə sərhədin yaxınlığında yerləşən Nove-Qoritsa 1947-ci ildə Paris sülh müqaviləsindən sonra yaradılıb. Bu müqaviləyə əsasən, İtaliya və keçmiş Yuqoslaviya arasında yeni sərhəd müəyyən edilmişdi. Tarixi Qorişka bölgəsinin əksər hissəsi Sloveniya tərkibinə daxil edilib, ən böyük şəhəri Qoritsa isə İtaliyaya verilmişdi.

Şəhər sərhədin yaxınlığında, tamamilə yenidən salınaraq yaradılıb və nəticədə faktiki olaraq iki dövlət sərhədi ilə bölünmüş bir şəhər formalaşıb. Nove-Qoritsa təbiət həvəskarlarını cəlb edə bilər, çünki ətrafında səyahət və gəzinti üçün əlverişli dağlar yerləşir.

Kemnitz

Almaniyanın şərqində yerləşən və XII əsrdə əsası qoyulmuş Kemnitz tarixi abidələri ilə tanınır. XVIII əsrdən etibarən şəhər Almaniyanın əsas sənaye mərkəzlərindən birinə çevrilmişdi.

II Dünya müharibəsindən sonra şəhər Almaniya Demokratik Respublikasının (ADR) tərkibinə keçib və 1953-cü ildə sovetpərəst hakimiyyət tərəfindən Karl Marks Ştat adlandırılıb. Almaniyanın birləşməsindən sonra şəhərə 76% seçici səsverməsi ilə tarixi adı olan Kemnitz geri qaytarılıb.

1990-cı illərin ortalarından şəhər mərkəzi yenidən qurulmağa başlayıb, yeni mağazalar və ictimai obyektlər şəhər meydanını bəzəyib. 2007-ci ildən şəhərin rəsmi devizi "Kemnitz - müasirlik şəhəri"dir.

Yaxın illərdə Avropa mədəniyyət paytaxtları olacaq şəhərlər:

2026: Trençin (Slovakiya) və Oulu (Finlandiya)
2027: Lyepaya (Latviya) və Evora (Portuqaliya)
2028: Çeske-Budeyevice (Çexiya), Burj (Fransa) və Skopye (Şimali Makedoniya)
2029: Lyublin (Polşa) və Kiruna (İsveç)
2030: Cənubi Kipr və Belçikadan naməlum şəhərlər; namizədlər arasında Lvov (Ukrayna) və Nikşiç (Monteneqro)

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->