“İkoş” ləqəbli qadın narkotacir danışdı: “Özüm edirəm” (VİDEO)
"2 ildir ki, özüm edirəm. 8-9 ay da heroin və s. satmışam. İsməzədim olsun, çox peşmanam”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Abşeron rayonunda həbs edilən "İkoş” ləqəbli qadın narkotacir bildirib.
Qeyd edək ki, əməliyyat ötən gün keçirilib. Keçirilən əməliyyat zamanı Mehdiabad Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı 1996-cı il təvəllüdlü İlkanə Nəbiyeva isti izlərlə tutularaq məsuliyyətə cəlb olunub.
Onun yaşadığı Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 10, mənzil 12-yə baxış keçirilən zaman, oradan küllü miqdarda xüsusi bükümdə olan 5 qram heroin, 2 qram metodin kristal, bir ədəd tərəzi və digər narkotik maddələr tapılaraq aktlaşdırılıb. İlkanə Nəbiyeva bütün maddi sübutlarla polis bölməsinə gətirilib.
O, bu işlə iki ildir məşğul olduğunu və 8 aydır heroin satdığını bildirib.
Onun məhkumluğunun olmadığı və cinayət əməlinə qardaşına görə qurşandığı bildirilib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər