FIDE (Beynəlxalq Şahmat Federasiyası) Azərbaycanın sabiq şahmatçısı İlahə Qədimovaya yeni vəzifə verib.
Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, veteran qrossmeyster Tədbirlər Komissiyasının katibi təyin olunub.
Yeniyetmələr arasında ikiqat dünya çempionu (1992 - 1993) olmuş Qədimova bunadək FIDE-nin Qadın Şahmatı Komissiyasında analoji postu tutub. O, 1994-cü ildə beynəlxalq qrossmeyster adını alıb.
Qeyd edək ki, İlahə Qədimovanın yeni işə başlamasından sonra boş qalmış vəzifəni ingiltərəli Kristel Yager Hafştad tutub.
Şərhlər