Xəbər lenti

İlham Əliyev BP şirkətinin prezidenti ilə görüşdü
Ölkə 15:47 02.05.2013

İlham Əliyev BP şirkətinin prezidenti ilə görüşdü

Azərbaycan prezidenti İlham Əliyev mayın 2-də BP şirkətinin prezidenti Robert Dadlini qəbul edib.

Qaynar.info-nun məlumatına görə, görüşdə Azərbaycanla BP arasında uzunmüddətli uğurlu əməkdaşlığın mövcud olduğu bildirilərək əməkdaşlığın strateji xarakter daşımasından məmnunluq ifadə edilib.

R. Dadli “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda görülən işlər barədə dövlət başçısına məlumat verib.

Söhbət zamanı “Şahdəniz” yatağında işlərin uğurla həyata keçirildiyi vurğulanıb, əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->