Ölkə 15:48 24.02.2020

İlham Əliyev deputatı təltif etdi

Prezident İlham Əliyev Tahir Rzayevin "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Tahir Musa oğlu Rzayev "Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, deputat Tahir Rzayevin 70 yaşı tamam olur.

Dövlət başçısı başqa ir sərəncamla İsrafil Mirzəhməd oğlu Qurbanovu 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

İ.Qurbanov Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.