Amerikanın süstlüyünü fürsət bilərək Rusiya özünün YaxınŞərqəki şəbəkəsini bərpa edir və Qafqazda, Xəzər və Qara dənizarasındakı geniş bölgədə mövqelərini möhkəmləndirir.
Qaynarinfo.az virtualaz.org-a istinadla xəbər verir ki, bu haqda “The New York Times” qəzetində dərc edilmiş məqalədə deyilir.
Qəzet xatırladır ki, Gürcüstandan ayrılan, faktiki Rusiyanınnəzarətində olan Cənubi Osetiya rəsmən Rusiyanın tərkib hissəsinəçevrilmək üçün Krım ssenarisini təkrar edib mayın 11-də referendumkeçirəcək. Oktyabrda isə daha belə bir referendum Abxaziyada olacaq.
“Rusiyanın növbəti hədəfi neftlə zəngin Cənubi Qafqazrespublikası Azərbaycandır. Bu ayın əvvəllərində Rusiya Dağlıq Qarabağmünaqişəsi zonasındakı 4 günlük müharibədən istifadə edərək Vaşinqtonunqətiyyətini bir daha yoxladı, status-kvonun yeganə qarantı kimifəaliyyətini davam etdirdi”-qəzet yazır.
“The New York Times” əlavə edir ki, Vaşinqtonun Qarabağda baş verənhadisələrə tənbəl, süst reaksiyası Moskvada və onun Tehrandakımüttəfiqlərində Azərbaycanın da ərazilərinin 25 fazizi Rusiyatərəfindən qoparılıb alınan Gürcüstan kimi müdafiəsiz qala biləcəyinədair qənaət formalaşdırdı.
“Azərbaycan prezidenti İlham Əliyev isə ən pis vəziyyətdəmümkün olan ən yaxşısını etməyə çalışdı, Moskva və Tehranın Vaşinqtondanməsafə saxlamaq barədə siqnallarını eşitmədi”-qəzet yazır.
Məqalədə Obama administrasiyasının passiv, cəsarətsiz xarici siyasətitənqid olunur və bildirilir ki, belə siyasət səlahiyyətləri başaçatmaqda olan ABŞ prezidentinin düşündüyü kimi dünyanı daha təhlükəsiz,daha stabil etmir, əksinə təhlükələri və qeyri-stabilliyi artırır.
Qaynarinfo.az
Şərhlər