Siyasət 17:15 04.04.2014

İlham Əliyev Ərdoğanla görüşür

Azərbaycana səfər edən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevlə görüşüb.

Anspress-in məlumatına görə, Azərbaycan prezidentinin iqamətgahında keçirilən görüş hazırda davam edir. Görüşdə Türkiyə-Azərbaycan arasındakı ikili münasibətlərin və hər iki ölkənin maraq dairəsində olan beynəlxalq və regional məsələlərin müzakirə edilməsi gözlənilir.

Qeyd edək ki, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanı ziyarət zamanı baş nazirin müavini Bəşir Atalay, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, milli müdafiə naziri İsmət Yılmaz və digər şəxslər müşayiət edir.

Qaynar.info