Şərq-qərb və şimal-cənub beynəlxalq dəhlizlərin qovşağında yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastruktur qurur, yük daşımaların idarə olunması, mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir.
"APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən “Bakı-Tbilisi-Qars dəmir yolu xətti – Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” beynəlxalq konfransda baş nazirin müavini Abid Şərifov prezident İlham Əliyevin tədbir iştirakçılara müraciətini çatdırarkən bildirib.
Müraciətdə bildirilir ki, bu yaxınlarda Bakı-Tiflis-Qars dəmir yolu xətti istifadəyə veriləcək: “İqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsizlik və ekoloji normalara uyğun olan bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanğıcı deməkdir. Bu xətt multimodal imkanlarını genişləndirəcək, sərnişin və yük daşımaların həcmini artmasını təmin edəcək”.
Ölkə başçısının müraciətində o da qeyd olunub ki, beynəlxalq standartlar səviyyəsində yeni Bakı Beynəlxalq Dəniz Limanı kompleksinin bərə terminalı bu yaxınlarda fəaliyyətə başlayıb: “Mərhələlərlə limanın yükaşırımı gücü ildə 25 milyon tona və 1 milyon konteynerə bərabər olacaqdır”.
Qaynar.info
Şərhlər