Foto 17:06 29.03.2019

İlham Əliyevlə Nikol Paşinyanın təkbətək görüşü başa çatıb (YENİLƏNİB-FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən təkbətək görüş başa çatıb. 

Qaynarinfo xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, görüş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan və ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə davam etdirilir. 

***14.10

Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev "twitter” hesabında məlumat verib.
 
Görüşdə hər iki ölkənin xarici işlər naziri də iştirak edir.

Qeyd edək ki, ötən gün Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib.