Ölkə 11:47 28.09.2020

İlham Əliyev Vilayət Eyvazovu komendant təyin etdi (SƏRƏNCAM)

Azərbaycan Prezidenti İlham Əliyev "Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında" sərəncam imzalayıb. 

Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, Daxili İşlər naziri Vilayət Süleyman oğlu Eyvazov hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilib.