Azərbaycan prezidenti İlham Əliyevin noyabrın 19-da Minskdə rəsmi qarşılanma mərasimi olub.
Qaynarinfo xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Belarus prezidenti Aleksandr Lukaşenko İlham Əliyevi qarşılayıb.
Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilib. Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
İlham Əliyev Belarus əsgərlərini salamlayıb. Belarusun dövlət və hökumət nümayəndələri İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Aleksandr Lukaşenkoya təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Prezidentlər birgə foto çəkdiriblər.
Sonra İlham Əliyev Belarus müstəqilliyini bərpa etdikdən sonra Aleksandr Lukaşenkonun rəhbərliyi dövründə paytaxt Minskdə, həmçinin digər şəhərlərdə əsaslı şəkildə bərpa olunan tarixi memarlıq abidələrinin, o cümlədən kilsə, qəsr və digər abidələrin fotolarına baxıb.
Daha sonra Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub.
Şərhlər