Xəbər lenti

'Neftçi" "Sumqayıt"ı məğlub etdi
İdman20:08 05.04.2026

'Neftçi" "Sumqayıt"ı məğlub etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misli Premyer Liqasının XXVI turunda "Neftçi" səfərdə "Sumqayıt"a qalib gəlib.
Qaynarinfo xəbər verir ki, Sumqayıt şəhər stadionunda baş tutan matç qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Ağ-qaralar"ın qollarını Freddi Varqas (36-pen), İfeanyi Metyu (65) və Vensan Abubakar (89) vurublar. Ev sahiblərinin heyətində isə Nikola Ninkoviç (53) fərqlənib.
"Neftçi" 40 xalla 5-ci, "Sumqayıt" 32 xalla 7-ci sırada yer alıb.
Qeyd edək ki, turun açılış matçında "Qəbələ" "Kəpəz"i (2:0) məğlub edib. Tura aprelin 7-də yekun vurulacaq.