Xəbər lenti

Puta gölündə daşqın riskinin azaldılması üçün yeni suötürücü boru quraşdırıldı (VİDEO)
Video 12:43 05.04.2026

Puta gölündə daşqın riskinin azaldılması üçün yeni suötürücü boru quraşdırıldı (VİDEO)

Qaradağ rayon Su Kanal İdarəsi tərəfindən Puta gölündə leysan yağışlar zamanı su səviyyəsinin yüksəlməsinin qarşısını almaq məqsədilə mühüm tədbir həyata keçirilib. 

Bu barədə Qaynarinfo-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, idarə tərəfindən diametri 1000 mm olan, uzunluğu 20 paqon metr təşkil edən əlavə suötürücü dəmir-beton boru quraşdırılıb.

Görülən işlər nəticəsində intensiv yağıntılar zamanı göldə suyun tənzimlənməsi imkanları artırılıb və ətraf ərazilərin mümkün daşqın riskinin azaldılması hədəflənir.
 

--> -->