Xəbər lenti

Sənət 15:43 19.05.2014

İlham Əliyevin qızları Hollivud ulduzları ilə - FOTOLAR


67-ci Kann kinofestivalı çərçivəsində növbəti ziyafəti Vanity Fair moda dərgisi və Armani moda evi təşkil edib.

ANS PRESS-in məlumatına görə, Kap d-Antibdə keçirilən kokteyl ziyafətində iştirak edənlər arasında Leyla Əliyeva, Arzu Əliyeva, Culianna Mur, Robert Pattinson, Keyt Blanşett, Daşa Jukova, Ceyson Stethem, Edrian Broudi, Alfonso Kuaron və digərləri olub.

Qeyd edək ki, festival mayın 24-dək davam edəcək. Kinofestivalın əsas müsabiqəsi üçün 18 film seçilib. Yeni Zelandiyalı rejissor Ceyn Kempionun başçılıq etdiyi münsiflər heyətində Fransa aktrisası Karol Buke, Uillem Defo (ABŞ), Qael Qarsia Bernal (Meksika), Çon Do En (Cənubi Koreya), Leyla Hatəmi (İran), Sofiya Koppola (ABŞ), Tszya Canke (ÇXR) və rejissor Nikolas Vindinq Refn (Danimarka) təmsil olunurlar.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->