Azərbaycana rəsmi səfərə gələn Tacikistan prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olub.

Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Tacikistan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan prezidenti İlham Əliyev Emoməli Rəhmonu qarşılayıb.

Sonra İlham Əliyevlə və Emoməli Rəhmonun təkbətək görüşü baş tutub. Ardınca prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.