"Beynəlxalq Lizinq” QSC-nin İdarə Heyətinin sədri İlham Musayev vəzifəsindən azad edilib.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, onun yerinə Vüqar Bədəlov təyin edilib.
Xatırladaq ki, "Beynəlxalq Lizinq” 2002-ci ildə "Joint Leasing" adı ilə yaradılıb, 2016-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 1,26 mln. manatdır. Şirkətin səhmləri 100% "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsusdur.
Şərhlər