2026-cı ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft sektoruna aid məhsulları ən çox Rusiyaya ixrac olunub
Qaynarinfo xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac İcmalı"nda bildirilib.
Məlumata görə, hesabat dövründə (qeyri-monetar qızıl istisna olmaqla) Rusiyaya 433,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edilib.
Bu dövrdə Türkiyəyə 306,1 milyon ABŞ dolları, Gürcüstana 229,7 milyon ABŞ dolları, İsveçrəyə 178,7 milyon ABŞ dolları, Ukraynaya isə 67,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid məhsul ixrac olunub.
Günay İlqarqızı
Şərhlər