ABŞ Konqresinin demokrat üzvü Roza DeLauro sahibkar İlon Maskı federal hökumətin fəaliyyətinin dayandırılmasının qarşısını almaq məqsədi daşıyan büdcə qanun layihəsinin qəbulunu pozmağa çalışmaqda ittiham edib.
Qaynarinfo xəbər verir ki, bu barədə siyasətçinin Amerika parlamentinə ünvanlanmış məktubunda deyilir.
Məlumata görə, ABŞ Konqresində müzakirə olunan büdcə qanun layihəsində bir iş adamının Çindəki müəssisələrinin işini məhdudlaşdıra biləcək müddəa var. Bütün bunların fonunda Mask bu sənədi "cinayət" adlandırıb və onun qəbuluna səs verəcək bütün parlamentarilərə növbəti seçkilərdə məğlubiyyət arzulayıb.
Öz növbəsində, DeLauro sahibkarın ABŞ Konqresində "xaos səpmək" cəhdlərindən ciddi narahatlığını ifadə edib. Onun qeyd etdiyi kimi, iş adamı son anda federal hökumətin büdcəsini sabotaj etmək üçün potensial maraqlar toqquşmasından istifadə edib.
"Maskın ABŞ-ın Çinə investisiyalarını tənzimləyən ikitərəfli müddəanı aradan qaldırmaq üçün bu kritik danışıqlar razılaşmasını öz üzərinə götürməyə cəhd etməsi, bununla da öz pul kisəsini və Çin Kommunist Partiyasını amerikalı işçilər, novatorlar və müəssisələrin hesabına qoruması xüsusilə narahatedicidir", deyə məktubda vurğulanır.
Dekabrın 21-də ABŞ Konqresinin aşağı palatası federal hökumətin fəaliyyətinin dayandırılmasının qarşısını almaq məqsədi daşıyan qanun layihəsini qəbul edib. Lakin parlamentin yuxarı palatasında səsvermə hələ baş tutmayıb. Bu baxımdan dövlət qurumlarının maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini dayandırmalı olacağı təhlükəsi hələ də qalmaqdadır.
Aydın
Şərhlər