Video 17:46 29.09.2019

İlon Mask Marsa 100 nəfər sərnişini daşıyacaq kosmik gəmini təqdim etdi (VİDEO)

"SpaceX" şirkətinin qurucusu amerikalı mühəndis İlon Mask Ay və Marsa yük və sərnişin daşıya biləcək "Starship" adlı kosmik gəmini təqdim edib.

Qaynarinfo xəbər verir ki, İ.Mask bu barədə "Twitter" hesabında məlumat verib. Onun sözlərinə görə, "Starship" tarixin ən güclü raketidir.

Gəminin növbəti 2 ay ərzində ilk sınağı həyata keçiriləcək. Kosmik vasitə 20 km məsafə qət edərək yerə qayıdacaq. 6 ay ərzində isə "Starship"in orbitə yerləşdirilməsi planlaşdırılır.

Qeyd edək ki, iyul ayının sonlarında "Space" "Starship"in prototipini uğurla sınaqdan keçirmişdi.

"Starship" "Big Falcon Rocket"ə verilən yeni addır. Raket vasitəsilə 2024-cü ildə 100 nəfəri Marsa yola salmaq hədəflənir.

Gülşən