Xəbər lenti

İlon Maskın uğurunun sirri nədədir?
Texnologiya 21:21 17.03.2018

İlon Maskın uğurunun sirri nədədir?

"Forbes” nəşri məşhur biznesmen İlon Maskın uğur hekayəsinin arxasında dayanan sirləri araşdırıb.

Oxuculara 10 qaydadan bəhs edilir, hansı ki, bu sahənin rəssamının dilindən deyilib.

- Birinci qayda ondan ibarətdir ki, hamı öz təhsili barəsində düşünməlidir. Vaxtın sosial şəbəkələrdə və əyləncə ədəbiyyatını oxumaqla xərcləməyə ehtiyac yoxdur. Mask hələ yeniyetmə yaşlarında ensiklopediya oxumağa başlamışdı.

- Biznesə başlayan zaman reklama pul xərcləməyə ehtiyac yoxdur. Bunun əvəzinə məhsulunuzun keyfiyyətini artırmalısınız. Yaxşı məhsul barəsində isə insanlar ağızdan-ağıza danışacaqlar. Bu isə sizin brendinizin reklamı olacaq.

- Biznesə gənc yaşlarından başlamaq daha məqsədəuyğundur. Çünki bu halda siz, bütün risk və məyusluqları daha asan keçirdə bilirsiniz. Amma yaşlı halda isə bütün bunların üstündən keçmək sizə çətin olacaq.

- Yorulmaq haqqında danışmağı unutmalısınız. Siz motivasiya barəsində düşünməli, ona fokuslanmalısınız. Potensialdan istifadə etməməkdənsə, daha çox çalışmaq daha yaxşıdır. Mask çox vaxt həftədə 100 saat çalışır.

- Problem haqqında məyus olmağa ehtiyac yoxdur. Bunun əvəzinə siz problem istiqamətində innovativ həll yolu tapmalısınız.

- Sizin biznesinizin inkişafına kömək olan portnyor, müştərilərə özünüzün ailəniz kimi yanaşmalısınız. Mask fikirləşir ki, siz insanlara qarşı qayğı ilə yanaşsanız, onlar da sizin biznesinizin inkişafının qayğısına qalacaqlar.

- Arzuların arxasıyca getmək lazımdır. Öz innovativ ideanın reallaşması üçün bütün gücünü sərf etməlisən. Öncədən bütün məyusluqlara da hazır olmaq lazımdır. Çünki biznesdə uğur olduğu kimi uğursuzluq da mövcuddur.

- Yaxşı biznesmen başqaları ilə rəqabət aparmağın əvəzinə, özünün məhsulunu təqdim edir. Ola bilər ki, siz konstruktiv tənqid ilə qarşılaşmısınız. Təəssüflənməyə dəyməz. Çünki bir çox halda konstruktiv tənqidlər insana düzgün həll yolunu tapmağa kömək olur.

- Dünyanı dəyişməyə deyildə, faydalı nəsə etməyə çalışın. Ola bilər ki, sizin yeniliyiniz genişmiqyaslı olmasın, əsas odur ki, faydalı olsun.

- Yaxşı biznesmenlər çox çalışırlar. Onların neqativlər haqqında düşünməyə 5 dəqiqə belə vaxtları yoxdur.

Mənbə: Facemark.az 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->