Hüseynbala Mirələmovun romanı əsasında yeni serial çəkilir.
Bu barədə Axar.az-a serialın ssenari müəllifi Əyyub Qiyas məlumat verib.
O bildirib ki, yeni çəkiləcək serialın rejissoru Elşən Heydərovdur:
“Mən serialın ssenarisini yazıram və prodüserəm. Serial Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” romanı əsasında çəkilir. Elə serial da “Gəlinlik paltarı” adlanacaq. Baş rollarda əməkdar artist İlqar Cahangir və aktrisa Ülfət Bəşir çəkilir”.
“Eşq aşiqlər üçün əzab, vüsalına çatanlar üçün imtahandır. Bura vüsalın başlandığı, sevginin bitdiyi yerdir” şüarı ilə yeni mövsümdən - oktyabrdan efirə gedəcək serialın hansı kanalda nümayiş olunacağı hələlik gizli saxlanılır.
Xatırladaq ki, rejissor Elşən Heydərov bundan öncə "Hörümçək toru" və "Nifrət" seriallarını çəkib.
Qaynar.info
Şərhlər