Qaynarinfo xəbər verir iki, aparıcı bunları deyib:
"Kanal S"də işləyən bir həmkarım efir vaxtı Təcili Tibbi Yardıma zəng edir və çağrı mərkəzindən cavab vermirlər. Nəzərə alsaq ki, söhbət insan taleyindən gedir, 7 dəqiqə uzun müddət sayılır. Niyə cavab verilmir? Müraciət edirəm, hörmətli TƏBİB, nə baş verir? Biz sizə ötən ilin dekabrında sorğu göndərmişik və indi başa düşürəm ki, siz bizim sorğumuza niyə cavab verməmisiniz. Əgər Təcili Tibbi Yardım zənglərə 7 dəqiqə cavab vermirsə, onda biz də 7 il gözləməliyik?!
Bir həftə ərzində çıxardığımız neqativləri, şikayətləri sizə yönəltmişik. Belə çıxır ki, Sevda xanım necə işləyirdisə, elə də işləyəcək. Mənə göndərilən şikayətlər var və siz özünüz də çox gözəl bilirsiniz ki, bunların heç biri yalan deyil. Hətta böyüdüb oxuya da bilərsiniz, əgər meylinizdən keçirsə. Əgər istəmirsinizsə məndə başqa suallar yaranır.
Göstərdiyim video matrealdan hamımız vəziyyətin nə yerdə olduğunu gördük. Və bu fakta söykənərək verdiyimiz sorğunun çavablarını gözləyirik. O sorğudan heç bir cavab yoxdur. Hörmətli TƏBİB, siz də bizim bildiklərimizi bilirsiz. Amma susursunuz. Bəli, susmzaq qızıldır. Lakin bu vəziyyətdə qızıldan söhbət getmir. Hansisa çatışmazlıqları ört-basdir etməkdən gedir. Hansısa səhlənkarlıqdan söhbət gedir. Nə qədər boş qəbul etsəniz, mən bu barədə danışacam. Əgər o adamlar bizə etibar ediblərsə, sona qədər biz danışacağıq".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər