İlqar Rəhimov yenidən prezident seçildi

İlqar Rəhimov yenidən prezident seçildi

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti seçilib.

Komitədən Qaynarinfo-ya verilən məlumata görə bu gün qurumda video-konfrans vasitəsilə keçirilən ümumi yığıncaqda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra gündəlikdə olan məsələlər müzakirəyə çıxarılıb.

Ümumi yığıncaqda Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının mükafatçıları Milli Paralimpiya Komitəsinə üzv seçiliblər. Yığıncaqda təşkilati məsələlərə də baxılıb. MPK-nin üzvlərinin səsverməsi nəticəsində İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçilib. İlham Zəkiyev və Yaşar Hacıyev Komitənin vitse-prezidenti, Kamal Məmmədov isə baş katibi vəzifələrinə seçilib.
 
Yığıncaqda MPK-nin İcraiyyə Komitəsinin aşağıdakılardan ibarət yeni tərkibi də təsdiq edilib.

1. Rəhimov İlqar Elxan oğlu – ARMPK-nin prezidenti, İcraiyyə komitəsinin sədri
2. Zəkiyev İlham Əzizağa oğlu – ARMPK-nin vitse-prezidenti, İcraiyyə komitəsinin üzvü
3. Hacıyev Yaşar Fərəc oğlu – ARMPK-nin vitse-prezidenti Sumqayıt Paralimpiya İdman Komitəsinin direktoru, İcraiyyə komitəsinin üzvü
4. Məmmədov Kamal Cabir oğlu – ARMPK-nin baş katibi, İcraiyyə komitəsinin katibi
5. Sultanova Afaq Vaqif qızı –Cüdo üzrə Paralimpiya çempionu, İB-nin baş katibi, İcraiyyə komitəsinin üzvü
6. Kərimova Vüsalə Akif qızı – "Əlil İdmançılara dəstək”, İB-nin baş katibi, İcraiyyə komitəsinin üzvü
7. Sadıxov Sadıx Asəf oğlu – "Neftçi” İK icraçı direktoru, İcraiyyə komitəsinin üzvü
8. Məmmədov Aydın Ağa oğlu – GİN-nin sektor müdiri, İcraiyyə komitəsinin üzvü
9. Behbudov Vüqar Şəfa oğlu – Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri, İcraiyyə komitəsinin üzvü
10. Kərimov Mehman Bayram oğlu – Milli Olimpiya Komitəsinin şöbə müdiri, İcraiyyə komitəsinin üzvü
11. Zeynalova Afaq Şakir qızı – Qış idman növləri federasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, İcraiyyə komitəsinin üzvü

Səbuhi Həsənov
XƏBƏRLƏR
BLOGLAR
X