Ölkə 09:28 09.09.2019

İmişlidə ağır qəza: bir ailənin 5 üzvü həlak oldu

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Qaynarinfo xəbər verir ki, hadisə gecə saatlarında İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib.

Qəza zamanı "Opel" markalı minik avtomobili yoldan çıxaraq su kanalına düşüb.

Hadisə nəticəsində avtomobildə olan 5 nəfərin öldüyü bildirilir. Həmin şəxslər eyni ailənin üzvləri İmişli şəhərinin sakinləri,1969-cu il təvəllüdlü Məmmədov Etibar Əliağa oğlu, 1967-ci il təvəllüdlü Məmmədova Mərziyə Əmiraslan qızı, 1991-ci iltəvəllüdlü Məmmədov Elnur Etibar oğlu, 1984-cü il təvəllüdlü Kərimova Afət Hüseyn qızı və əslən İmişlidən olub Bakıda yaşayan 1963-cü il təvəllüdlü Şamxalov İlqar Əliağa oğludur.