Dünya 13:13 21.08.2019

Çin İngiltərə konsulluğunun əməkdaşını həbs edib

Çin hökuməti Honkonqda yerləşən İngiltərə konsulluğunun əməkdaşını həbs edib.

Qaynarinfo xəbər verir ki, rəsmilər konsulluğun 8 apreldən bəri itkin düşən işçisi Simon Çenqin həbsini təsdiq edib. O, Şençjen şəhərindən Honkonqa qayıdarkən saxlanılıb. 

Simon Çenqə ictimai təhlükəsizliyin idarə qaydalarını pozmaq ittihamı irəli sürülüb. 

Gülşən