"Azəriqaz" istehsalat birliyi ölkəyə Fransa istehsalı olan yeni qaz sayğacları gətirib. Yeni sayğaclar bir sıra üstünlüklərinə görə əvvəlkilərdən fərqlənir və bütün bu yeniliklər qaz balansının daha rahat yüklənməsinə hesablanıb.
Artıq qaz sayğacında balansı artırmaq üçün vətəndaşların terminal axtarmalarına ehtiyac qalmayacaq. Çünki telefonu sayğaca yaxınlaşdırmaqla balansı artırmaq mümkün olacaq.
Bu, "Azəriqaz" İstehsalat Birliyinin yeni gətirdiyi və hazırda sınaq mərhələsində olan sayğaclar sayəsində mümkün olacaq. İnnovativ texnologiyalar ilə təchiz olunmuş yeni qaz sayğacları köhnələrdən bir sıra üstünlükləri ilə fərqlənir. Fransa istehsalı olan yeni sayğaclar vasitəsilə abonentlərin odəniş imkanları daha da asanlaşacaq.
Yeni qaz sayğacları həm də kartla işləyəcək. Ancaq köhnələrdən fərqli olaraq, yeni kartların zədələnmə problemi olmayacaq.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, yeni sayğacların bir neçə aydan sonra real tətbiqinə başlanılacaq. Hazırda sayğaclar sınaq mərhələsindədir. Artıq Bakının müxtəlif rayonlarında 30-a yaxın yerdə test üçün yeni sayğaclar quraşdırılıb və sınaqlardan uğurla keçib. Onun sözlərinə görə, yaxın aylarda 70 sayğacın da sınaq müddəti bitəcək. İkinci sınaq müddəti də bitdikdən sonra yeni sayğacların kütləvi quraşdırılmasına başlanılacaq və bu proses pulsuz həyata keçiriləcək... Bu sayğaclar əvvəlcə yeni abonentlərin mənzillərinə quraşdırılacaq. Sayğacında hər hansı problem olmayan abonent sayğacını dəyişdiməyə məcbur edilməyəcək.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər