Dünya 12:49 22.05.2020

Çində əllə görüşmək ləğv edilir, ənənəvi təzimə keçilir

Çində açılan Xalq Nümayəndələri Ali Məclisinin illik sessiyasının iştirakçılarına əllə görüşməkdən imtina etmək təklif edilib.
 
Qaynarinfo xəbər verir ki, bunun əvəzinə ənənəvi Çin salamlaşmasından - bir sıra təzim formalarından istifadə etmək təklif olunub. Bu haqda məlumatı "Global Times” yazıb.

Çinin şərqindəki Şandun əyalətində yerləşən Konfutsi İnstitutunun rəhbəri Yan Çaomin məsafəni qorumaq lazım olduğu üçün belə bir təşəbbüs irəli sürüb.
Siyasətçinin qeyd etdiyi kimi, koronavirus olduğuna görə etiket haqda yenidən düşünmək lazımdır. Onun sözlərinə görə, əlləri birləşdirməklə baş əymək və vidalaşmaq ənənəsi Çinin həm mədəni dəyərlərinə, həm də təhlükəsizlik tələblərinə uyğundur.

Bundan əvvəl, amerikalı mütəxəssis də Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauci də koronavirusdan sonra ünsiyyət rituallarının dəyişə və xüsusən də əllə görüşmənin keçmişdə qala biləcəyi ilə bağlı fikirlərini bildirib.
 
Alpər