Dünya 10:12 09.09.2018

Çində güclü zəlzələ: 26 yaralı var

Çinin Yunnan əyalətində qeydə alınan 5,9 bal gücündə zəlzələ nəticəsində 26 nəfər xəsarət alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Xinhua agentliyi məlumat yayıb. 5 minə yaxın insan evakuasiya edilib. Təkan 34 məktəb binasına, müxtəlif tikililərə zərər verib.

Gülşən