Dünya 09:46 08.09.2019

Çində güclü zəlzələ: ölən və yaralananlar var

Çinin Sıçuan əyalətində 5,4 bal gücündə zəlzələ olub.

Qaynarinfo xəbər verir ki, səhər saatlarında qeydə alınan təbiət hadisəsi azı 1 nəfərin həyatına son qoyub, 29 nəfərin xəsarət almasına səbəb olub.

İlkin məlumata görə, azı 17 ev dağılıb, 215-i ciddi zərər görüb. Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Gülşən