Dünya 09:52 13.09.2018

Çində maşın insanların üzərinə sürüldü: 9 ölü, 46 yaralı

Çində Hunan əyalətində avtomobil izdihamın üzərinə sürülüb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Hendonq ərazisində yerləşən meydana sürətlə daxil olan avtomobil 9 nəfərin ölümünə, 46 nəfərin yaralanmasına səbəb olub. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb. 

Hadisəni törədən şəxs dərhal həbs edilib və hücumun motivi araşdırılır.

Gülşən