Video 18:38 08.07.2020

Çində məktəbliləri daşıyan avtobus gölə düşdü, 21 nəfər öldü - QƏZA ANI (VİDEO)

Çinin cənub-qərbində yerləşən Quizu əyalətində məktəbliləri daşıyan avtobus gölə düşüb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 21 nəfər ölüm, 15 nəfər isə yaralanıb. Avtobusun içərisindəkilər və göldən çıxarılan yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, avtobusun məktəbliləri universitet imtahanına aparırmış.

Camal