Çində yayılan virus çaxnaşma yaratdı: Marketlərdən qorxunc görüntülər (VİDEO)

Çində yayılan virus çaxnaşma yaratdı: Marketlərdən qorxunc görüntülər (VİDEO)

Bir gün əvvəl koronavirusun yayıldığı Çinin Vuhan şəhərində yerləşən supermarketlərdən birində insanlar ərzaq uğrunda əsil çaxnaşma yaşanıb.

Qaynarinfo xəbər verir ki, sözügedən dava-çaxnaşma videoya alınıb. Çəkilən video Tvitterdə yayımlanıb.

Şəhərin sakinləri yeni koronavirusun yayılmasının qarşısını almaq üçün şəhər təcrid olunduqdan sonra yarana biləcək qida çatışmazlığından qorxaraq ərzaq rəflərindəki yeməkləri süpürməyə başlayıblar.

Xatırladaq ki, yanvarın 21-də, demək olar ki, doqquz milyon insanın yaşadığı Vuhan şəhərinə giriş-çıxış məhdudlaşdırılıb. BBC xəbər verir ki, ictimai nəqliyyat, o cümlədən dəmiryolları işləmir, uçuşlar demək olar ki, tamamilə dayandırılıb.

Son məlumatlara görə, Çində 617 nəfər virusa yoluxub, onlardan 17 nəfəri ölüb. Xəstəliyin Hubei əyalətinin Vuhan şəhərindən yayılmağa başladığı məlum olub. İnfeksiyanın əsas əlamətləri yüksək temperatur, halsızlıq və yüngül bəlğəmli öskürəkdir.

XƏBƏRLƏR
BLOGLAR