Xəbər lenti

Səfərov qardaşlarının nəşi təhvil verildi (VİDEO)
Video 14:45 30.06.2025

Səfərov qardaşlarının nəşi təhvil verildi (VİDEO)

Rusiyanın Yekaterinburq şəhərində vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı qardaşlar - Ziyəddin və Hüseyn Səfərovların nəşi qohumlarına təhvil verilib.

Qaynarinfo xəbər verir ki, bu barədə REAL TV məlumat yayıb.

Daha əvvəl Azərbaycanın Yekaterinburqdadakı Baş Konsulluğu cənazələrin Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqundan alınmasının həyata keçirildiyini açıqlamışdı.

Qeyd edək ki, iyunun 27-si səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə nəticəsində 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb.

Qətlə yetirilən şəxslər tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->