Siyasət 13:15 14.04.2021

İndi də Lukaşenko bizə qonaq gəlib... - Zərdüşt Əlizadənin şərhi

Təbii ki, həm Belarusun, həm də Azərbaycanın hansısa problemləri var. İki dost ölkə bu problemlərin birgə həlli yollarını müzakirə edəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Azərbaycan Prezidenti İlham Əliyevin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə olan görüşünü şərh edərkən deyib. Politoloq Azərbaycan və Belarus arasında çox mehriban dost münasibətlərinin mövcudluğunu xüsusi vurğulayıb:

"Hamı da bilir ki, İlham Əliyevlə Aleksandr Lukaşenko təkcə həmkar deyil, eyni zamanda dostdurlar. Hər iki ölkə dəfələrlə sübut edib ki, bir-birinin mənafelərinə çox hörmətlə yanaşırlar və müdafiə etməyə hazırdırlar. Baxmayaraq ki, Belarus Avropa İqtisadi Əməkdaşlıq Təşkilatının, Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvüdir, amma hər dəfə Belarus prezidenti  Ermənistan liderlərinə açıq şəkildə deyib ki, "Qarabağ Azərbaycana qaytarılmalıdır və siz Azərbaycanın hüquqlarını tanımalısınız”.

Zərdüşt Əlizadə qeyd edib ki, Lukaşenkonun bu mövqeyinə hörmətlə yanaşılmalıdır:

"Belarusun da ağır durumu olanda biz də öz dost əlimizi uzadırıq. İndi də Lukaşenko bizə qonaq gəlib”.

Qeyd edək ki, aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü başlayıb.

Bahar Rüstəmli