İndoneziyanın paytaxtı Cakartanın mərkəzi rayonunda Seçkiləri Müşahidə Agentliyinin binası qarşısında etiraz aksiyası davam edir.
Qaynarinfo xəbər verir ki, polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq edib. Nümayişçilərlə polis arasında baş verən qarşıdurmalar nəticəsində ən azı 6 nəfər ölüb, 200 nəfər yaralanıb.
Qeyd edək ki, İndoneziya Mərkəzi Seçki Komissiyası bazar ertəsi axşam seçkidən sonra toplanan səslərin sayılması prosesini yekunlaşdırıb. Hazırkı prezident Coko Vidodo 55,5% səs toplayaraq qələbə qazanıb. Onun rəqibi Prabovo Subiantonu seçicilərin 44,5% -i dəstəkləyib. Etirazçılar seçkinin nəticələrini qəbul etməyən Subianto və vitse-prezident Sandiaqa Unonun tərəfdarlarıdırlar.
Şərhlər