İndoneziyanın Şimali Maluku əyalətində 7,1 bal gücündə şiddətli zəlzələ meydana gəlib.
Qaynarinfo xəbər verir ki, təbiət hadisəsindən sonra sunami xəbərdarlığı edilib, daha sonra isə ləğv olunub. Son saatlar ərzində Şimali Maluku və Şimali Sulavesi əyalətlərində gücü 5-6,1 aralığında olan 13 yeraltı təkan qeydə alınıb.
Qeyd edək ki, Malukuda sentyabr ayında baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində 36 nəfər həyatını itirmişdi.
Gülşən
Şərhlər