İndoneziyada sunami nəticəsində ölənlərin sayı artaraq 222 nəfərə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə bazar günü yerli hakimiyyət orqanlarının bəyanatlarına istinadən "Agenc Franc-Press" məlumat yayıb.
***11.15
İndoneziyada baş verən sunami nəticəsində ölənlərin sayı artır.
Qaynarinfo xəbər verir ki, ölənlərin sayı 168-ə çatıb. 584 nəfər xəsarət alıb.
***09.41
İndoneziyanın Sumatra və Yava adaları arasındakı Sunda Boğazında sunami qeydə alınıb.
Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, təbii fəlakət azı 62 nəfərin ölümünə, 548 nəfərin yaralanmasına səbəb olub. Sunami 430 ev və 9 hotelə ciddi zərər verib.
Təbiət hadisəsinin baş verməsinə səbəb vulkan püskürməsi olub. Anak Krakatau adasında püskürmə baş verib, 24 dəqiqə sonra isə sunami qeydə alınıb.
Gülşən
Şərhlər