Xəbər lenti

Dünya 17:10 22.03.2019

İndoneziyadan "Boeing"ə zərbə

İndoneziyanın milli aviasiya şirkəti "Garuda" Boeing şirkətinə verdiyi 50 ədəd "737 MAX 8" təyyarə sifarişini ləğv edəcək.

Qaynarinfo xəbər verir ki, "Boeing"in bu günə qədər təhvil verdiyi 1 ədəd təyyarə isə geri qaytarılacaq. "Garuda" və "Boeing" arasında 2014-cü ildə 4,9 milyard dollar dəyərində müqavilə imzalanıb. "Lion Air" şirkəti də sifarişlərini ləğv edə biləcəyini açıqlayıb.

Qeyd edək ki, 10 martda Efiopiyada "Boeing" sərnişin təyyarəsinin qəzaya uğraması şirkətin "737 MAX" model təyyarələrinin təhlükəsizliyi məsələsini gündəmə gətirib. 

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->