Xəbər lenti

İngilis dilindən istifadəyə qadağa qoyuldu
Ölkə 12:40 02.05.2013

İngilis dilindən istifadəyə qadağa qoyuldu

"Bizim dövlət dilimiz var"

Fransanın baş naziri maraqlı qadağa qoyub. Anspress-in verdiyi məlumata görə, Jan-Mark Ayrault Nazirlər Kabinetinə sərt tənqid məktubu yazıb. O, məktubunda ingilis dilində istifadəni qadağan edib. 

Onun əsəbiləşməsinə səbəb isə iki nazirin hazırladıqları yeni qanun layihəsinə "silver economy” (gümüş iqtisadiyyat) adını qoyması olub. İngilis dilində adı görən fransız nazir "dövlət dili fransızcadır", deyə etirazını bildirib. O, fransız dilinin hər bir məsələni aydın izah etməyə yetərli olduğunu vurğulayıb. 

Qeyd edək ki, iki il öncə Fransa Dil Akademiyası istifadəsi qadağan edilən 65 səhifəlik ingilis dilindəki sözlərin siyahısını yayımlamışdı.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->