Dünya 10:17 20.07.2019

İngiltərə İran tankerini geri qaytarmır

İngiltərə 4 iyulda Cəbəllüttariq boğazında ələ keçirdiyi İrana məxsus neft tankerinin saxlama müddətini uzadıb.

Qaynarinfo xəbər verir ki, Cəbəllüttariq Muxtar İdarəsi Ali Məhkəməsi tankerin 15 avqusta qədər geri qaytarılmaması barədə qərar çıxarıb. 

Qeyd edək ki, 2,1 milyon barel neft daşıyan tanker Avropa İttifaqının Suriyaya qarşı tətbiq etdiyi sanksiyanı pozmaq ittihamı ilə ələ keçirilib.

Gülşən