Dünya 14:31 02.08.2018

İngiltərə Peterburq konsulluğunu bağladı

İngiltərə Sankt Peterburqda yerləşən konsulluğunu bağlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada bildirilir:
"Sankt Peterburqda yerləşən Böyük Britaniya konsulluğu rəsmi şəkildə bağlanıb. Addımın səbəbi Salzböri hadisəsindən sonra rusiyalı rəsmilərin mövqeləridir".

Qeyd edək ki, mart ayında sabiq rusiyalı agent Sergey Skripal və qızı Yuliya Skripal Salzböridə "Noviçok" maddəsi ilə zəhərlənmiş, bir müddət komada qalmışdılar. Ötən həftələrdə oxşar hadisə yenidən baş vermiş, 2 İngiltərə vətəndaşı eyni maddə ilə zəhərlənmiş, onlardan 1-i dünyasını dəyişmişdi.

Gülşən